Kristersson Türkiyə ilə dialoqu bərpa etmək istəyir

25 Yanvar 2023 08:40

İsveçin baş naziri Ulf Kristersson rəsmi Ankara ilə Stokholm arasında pisləşən münasibətlər fonunda Türkiyə ilə dialoqu bərpa etmək istədiyini açıqlayıb.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə baş nazir keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "milli təhlükəsizlik sahəsində Finlandiya ilə birlikdə NATO-ya ən yaxın zamanda daxil olmağımızla bağlı olan məsələdən daha vacib məsələ yoxdur".

Xatırladaq ki, Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin Skandinaviya ölkələrinin NATO-ya üzvlüyü məsələsi ilə bağlı görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az