Soledarda iki britaniyalı öldürüldü

25 Yanvar 2023 08:17

Ukraynanın Soledar şəhərində iki britaniyalı Rusiya hərbçilərinin açdığı atəş nəticəsində öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.

Bildirilib ki, Kris Perri və Endryu Beqşo Ukrayna vətəndaşlarını Soledardan təxliyəsinə çalışan zaman öldürülüblər.

Qeyd edək ki, hər iki şəxs 6 yanvardan itkin düşmüş hesab edilirdi.

Milli.Az