Azəri qızı Günel: "Rzanın başına limon sıxaram, başı turşuyar!"

14 May 2010 10:48
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri qızı Günelin atası Rəhman Zeynalovun Milli.Az xəbər portalına müsahibəsi.

- Rəhman bəy, Günel Seda Sayanın dünən efirə gedən verilişində iştirak edib və orada qonaq olan bir həkim Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edib. Veriliş boyu Günel bu söhbətə heç bir müdaxilə etməyib və etirazını bildirməyib. Nə üçün?

- Verilişdən sonra bu barədə doktordan - Bingür hocadan soruşdum. O da dedi ki, mən elə demədim. Dedim ki, erməni qızı türk erkəyinə aşiq olur. Ərzurumlular da bu şarkını ona görə yazmış. Demədim ki, bu, erməni şarkısıdır. Bingür hoca mənə dedi ki, ay qardaşım, mən hər zaman erməniləri tənqid edirəm, onları qınayıram, mən özüm qarslıyam.

- Amma verilişdə iştirak edən Günel onun yanlışına düzəliş etmədi, ümumiyyətlə bu məsələ ilə bağlı heç bir reaksiya vermədi?

- Orada necə reaksiya versin? Verilişdə həmin adam başladı bu mahnını oxumağa. Verilişin sonuna yaxın Günel açıqlama vermək istədi. Onda da Seda Sayan dedi ki, vaxt qurtarır. Açıqlamaq istəyirdi ki, bu, erməni şarkısı deyil, Azəri şarkısıdır. Orada yanlış anlaşılma olub. Axı Günel orada nə desin, nə etsin? Kişi özü danışırdı, sonra da başladı mahnını oxumağa. Günel də ona yoldaşlıq elədi və dedi ki, mən bu mahnının Azərbaycancasını bilirəm.

- Amma Azərbaycan tamaşaçısı düşünür ki, Günel azərbaycanlı qızıdır və söhbətə müdaxilə edərək, "Sarı gəlin"in Azərbaycan xalq mahnısı olduğunu bildirməli idi. Yəni, mahnını Azərbaycan dilində oxumaqla kifayətlənməməliydi. Çünki ən azından həmin verilişə bütün dünya baxır...

- Dedi də... Dedi ki, mən bu mahnının Azərbaycancasını bilirəm. Və digər qonağa qoşulub oxudu. Onlar Ərzurum dilində oxuyurlar. Sözləri - Ərzuruma gəldin, nə bilim, nə yapdın. İmkan vermirlər ki... Bizim studiyalara baxma, dərdin alım, burda efirlərdə imkan vermirlər ki, bir sözünü deyəsən. Günel verilişin sonuna yaxın bunu deməliydi, yəni hazırlaşırdı deməyə. Amma Seda Sayan vaxt məhdudiyyəti ilə əlaqədar buna izn vermədi.

- Bəs Günel Türkiyə mətbuatında bununla bağlı açıqlama verəcək?

- Bəli, mayın 18-i Günel "Flash" TV-də qonaq olacaq. Orada bu məsələ ilə bağlı açıqlama verəcək. Çünki Seda Sayanın verilişində bu açıqlamanı vermək imkanı olmadı. Ona görə də "Flash" TV-də efirə gedəcək verilişdə deyəcək ki, Seda Sayanın proqramında Bingül doktor bu sözü dedi. Amma mahnı Azərbaycan xalq mahnısıdır. Bizə aiddir.

- Rəhman bəy, Rza Zərrab ilə Günelin məhkəmə çəkişməsi başa çatdımı?

- (gülür) Elə bir şey yoxdur. Seda Sayangil özlərini reklam etmək üçün, ayrı mövzulara girirdilər. O kitab bağlanıb. Nə məhkəmə, məhkəmə-filan hamısı qurtarıb, gedib. Azərbaycanda da kimin ağzına nə gəlirsə yazırlar. Uşağın əzilməsini istəyirlər. Bizi o qədər sıxışdırıblar ki, istəyirik ümumiyyətlə bu sənətdən ayrılaq.

- Məhkəmənin son qərarı nə olub?

- Başına dönüm, qabaqlar bunların 8 illik sevgisi olub. Uşaqlıqdan bir-birilərini sevirdilər. Sonra da o, Rza getdi ilişdi o ... . Günel də o kitabı bağladı. Günel qız uşağıdır, elə-belə küçə uşağı deyil. Mənim nəzarətim altında yaşayan uşaqdır. 12 ildir ki, Türkiyədə ömrümü vermişəm. Günel, üzr istəyirəm, tualetə də getsə, bayırda qapısının ağzında dayanıram. Onların sevgisi də mənim gözümün qabağında olub. Günel hələ uşaqdır. O birisi isə getdi qoşuldu bir fahişəyə. Günel də ona dedi ki, get, mənim də kitabımdan çıx! Bir dəfə də sürücüsünə demişdi ki, orada-burada mənim haqqımda danışmasın. Lazım olsa, onun başına çıxaram. O da guya məhkəməyə vermişdi. Bizi də məhkəmədən çağırdılar. Danışdırdılar. Baxdılar ki, Günel təmiz bir uşaqdır. Məhkəmədə Rzanı qınadılar, dedilər ki, bu nə təhər kişidir? Gedib, şikayət verib ki, nə bilim, nə... O olay da qapandı. Bitdi, çıxdı getdi. Hal-hazırda nə məhkəmə, nə də heç bir şey yoxdur. Günel dedi ki, mən Rzanın başına limon sıxaram, başı turşuyar! Biz burada sakit öz işimizi görürük, musiqi fəaliyyətimizlə məşğuluq. Ayın 19-u, 20-i, və 21-də Danimarkaya 3 günlük konsert verməyə gedirik. Yazanda da, xahiş edirəm, bundan yazsınlar.

- Deyirsiz Günel hələ uşaqdır, amma 8 il əvvəldən başlayıb münasibətləri. Bəs Rza ilə Günelin tanışlığı necə olub?

- Biz onların ailəsi ilə yaxınlıq edirdik. Bunlar 15-16 yaşından bir-birilərini seviblər. Hazırda Günelin 24, Rzanın 26, Ebru Gündeşin isə 37 yaşı var. Hər kəs Günellə Rzanın sevgisindən xəbərdar idi. Həmin olaydan sonra qohum-əqraba Günelə dedilər ki, siz barışın. Qoyma, oğlan çıxıb küçə qadınının yanına getsin. Günel də dedi ki, Rza artıq həyatımdan silindi, getdi. Seda Sayanın verilişində də veriliş xətrinə bu barədə, Güneldən soruşdular. Günel də dedi ki, mən o kitabı bağlamışam. Məndən bu barədə heç nə soruşmayın. Bu mövzu ilə bağlı heç bir yerdə danışmıram. Bu mövzu ilə bağlı danışmaqdan çox əsəbiləşmişəm. Ciyərlərimdən də ağrılar başlayıb...

- Küçə qadını deyəndə Ebru Gündeşi nəzərdə tutursunuz?

- Əlbəttə ki, Ebru Gündeşi nəzərdə tuturam. Küçə qadınıdır da... Guya o, kimdir ki? 15 dəfə ərə gedib, ayrılıb.

Fuad Mədətov
Milli.Az

Uyğun link:

Azərı qızı Günel: "Seda Sayanın verilişindən çıxanda dedim ki, bir daha onların efirlərinə çıxmayacam!"