Marsa uçuş: raket mühərrikləri sınaqdan keçiriləcək

25 Yanvar 2023 07:57

NASA Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə əməkdaşlıq edərək, 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə NASA-nın administratoru Bill Nelson bildirib.

"Məqsədimiz 2027-ci ildə uğurlu nüvə raket mühərriki yaratmaq və nümayiş etdirməkdir", - deyə Nelson əlavə edib.

Milli.Az