Pentaqon Kiyevin altı həftə davam edəcək birinci mərhələsi başa çatdıqdan sonra genişləndirilmiş təlim proqramında iştirak etmək üçün Almaniyaya yeni hərbi komandalar göndərəcəyini gözləyir.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder deyib.
"Ukrayna eyni proqramı başa çatdırmaq üçün daha çox qoşun göndərib-göndərməməyə qərar verəcək. Biz şübhəsiz ki, onlardan bunu gözləyirik. Ancaq sonda, döyüş meydanındakı vəziyyəti nəzərə alaraq, bu, onların qərarıdır" - deyə hərbi idarənin sözçüsü vurğulayıb.
Milli.Az