Ukraynaya F-16-lar göndərilir? - Kuleba

25 Yanvar 2023 07:46

Ukrayna növbəti mərhələdə F-16 qırıcı təyyarələrini ala bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Feysbukda avropalı həmkarlarından biri ilə dialoqunu paylaşıb:

"- İndi F16?

- Bəli.

- İşə başlamışam, dostum".

Daha sonra Kuleba qeyd edib:

"Bilməlisən ki, nə qədər çətin olsa da, heç vaxt təslim olmamalısan. Nə qədər kədərli olsa da, ümidsizliyə qapıla bilməzsən. Düşmən nə qədər çalışsa da, günəşdə şeh kimi məhv olacaq. Həmişə inanmaq və çox çalışmaq lazımdır. Və hər şey olacaq. Çünki Ukrayna hər şeyə qadirdir".

Qeyd edək ki, ötən gün Almaniya hökuməti Ukraynaya "Leopard" tanklarının tədarükünə razılıq verib.

Milli.Az