Rusiya müftiləri Quranın yandırılmasını pisləyib

25 Yanvar 2023 07:41

Rusiyadakı aparıcı mərkəzləşdirilmiş müsəlman təşkilatları İsveçdə Quranın yandırılmasını pisləyib və bildiriblər ki, bu cür hərəkətlər Avropa cəmiyyətində dəyərlərin böhranına dəlalət edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya müftilərinin birgə bəyanatında istinadən deyilib.

"Bu, sadəcə olaraq təxribat deyil, bu, bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Bu, küfrdür", - bəyanatda bildirilir.

Milli.Az