Bu ölkədə etirazlar 1,3 milyard dollar zərər vurdu

25 Yanvar 2023 07:10

Peruda etirazlar ölkə iqtisadiyyatına, xüsusən də istehsal və infrastruktur sektorlarına ziyan vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Peru prezidenti Dina Bluarte çıxışı zamanı deyib.

Onun sözlərinə görə, etirazlar nəticəsində bu günə kimi ölkəyə 5 milyard sole (təxminən 1,29 milyard dollar) məbləğində iqtisadi ziyan dəyib.

övlət başçısı etirazçıların tələb etdiyi kimi istefa verməyəcəyini vurğulayıb.

Milli.Az