Ukrayna KİV-ləri Azərbaycanla bağlı reportaj hazırlayıb - VİDEO

25 Yanvar 2023 07:00

"Ukrayna indi" kanalı iki il əvvəl erməni işğalından azad edilən Azərbaycan ərazilərindəki minalardan təmizləmə prosesi ilə bağlı reportaj hazırlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, video metarialda qeyd edildiyi kimi, hər həftə yerli əhali minaya düşür. Xəsarət alanların sayı 300-ə çatıb, 50 nəfər ölüb.

"Minalarla çirklənmiş torpaq sahəsi Qətər kimi bir ölkənin ərazisi ilə müqayisə edilə bilər. Belə bir ərazinin təmizlənməsi bir neçə onilliklər çəkə bilər", - deyə bildirilib.

O da qeyd olunub ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir.

Reportajın tam versiyasını təqdim edirik.

Milli.Az