Şəkil çəkdirmək istədi, öz həyatına son qoydu

24 Yanvar 2023 23:59

Türkiyədə şəkil çəkdirmək istəyən qadın faciəvi şəkildə ölüb.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, hadisə Altınova bölgəsindəki Ayazma kəndində baş verib.

Kəndə gəzməyə gələn 33 yaşlı Samiha Özar qayalıqların üzərinə çıxaraq telefonla mənzərəli şəkillər çəkməyə başlayıb. Bu vaxt müvazinətini itirən gənc qadın 15 metr hündürlükdən yıxılaraq faciəvi şəkildə həlak olub.

Qadının cəsədi ərazidən götürulərək ekspertiza üçün Yalova Dövlət xəstəxanasının morguna göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az