Ukrayna 200 kadırovçunun olduğu kazarmaya zərbə endirdi

24 Yanvar 2023 22:51

Ukrayna ordusu Mariupolda Rusiya Silahlı Qüvvələrinə məxsus kazarmaya zərbə endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqram kanalında yazıb.

O bildirib ki, kazarmada 200-ə yaxın dağıstanlı, yaxud kadırovçu döyüşçü olub.

Andryuşenko ölənlərinin sayının dəqiq bəlli olmadığını, buna rəğmən əraziyə xeyli sayda təcili yardım, xilasedicilərin gəldiyini bildirib.

Milli.Az