"Əl-Nəsr"dən daha bir ulduza fantastik təklif

24 Yanvar 2023 21:53

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu "Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçə təklif göndərib.

Ərəblər qış transfer pəncərəsində Modriçin keçidində maraqlıdır. "Əl-Nəsr" 37 yaşlı xorvatiyalı futbolçuya iki il yarımlıq müqavilə təklif edib.

Təklif olunan şərtlərə görə, Modriç mövsümdə 40 milyon avrodan çox maaş alacaq. Yarımmüdafiəçi qışda "Əl Nəsr"ə keçməsə, klub yayda onu pulsuz transfer etməyə çalışacaq.

Xatırladaq ki, daha əvvəl portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr"lə müqavilə bağlayıb. Səudiyyə Ərəbistanı klubunun "Real"ın daha bir sabiq futbolçusu - PSJ-nin müdafiəçisi Serxio Ramosla da maraqlandığı bildirilir.

Milli.Az