Qonşu ölkə savaşa hazırlaşır - “Məqsəd Peterburqu ələ keçirməkdir”

24 Yanvar 2023 21:22

"Qərb ölkələri Estoniyanı Sankt-Peterburqu ələ keçirə biləcəyi ən müasir silahlarla təchiz etməyi planlaşdırır".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayev deyib.

Anqlosakslar Rusiyaya təzyiq göstərmək üçün bölgədə anti-Rusiya forpostu yaratmaqda maraqlıdırlar. Söhbət təkcə iqtisadi, siyasi, mədəni yox, həm də hərbi təzyiqdən gedir. Estoniya fəal şəkildə silahlanır, bunun nə üçün olduğu bəlli deyil. Məsələn, Sankt-Peterburqu ələ keçirməyə qadir olan ən müasir silah növlərinin tədarükü nəzərdə tutulur, ortamənzilli müdafiə sistemi yaradılır. İstər-istəməz öz-özünə sual verirsən ki, Estoniya kiminlə döyüşməyi planlaşdırır?", - səfir bildirib.

Milli.Az