Jan-Mişel Brən Aİ-nin sərhədə göndərdiyi növbəti missiyadan yazdı

24 Yanvar 2023 19:59

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən qəzetdə Avropa İttifaqı (Aİ) tərəfindən Ermənistan-Azərbaycan sərhədinə göndərilmiş növbəti missiya və Fransa prezidenti Emmanuel Makron tərəfindən Yeliey sayrayında Erməni diaspora üzvlərinin qəbul edilməsi barədə məqalə yazıb.

Müəllif bildirib ki, bu missiya 6 oktyabr 2022-ci ildə Praqa görüşündə Azərbaycan, Ermənistan, Fransa liderləri və Avropa Şurası Prezidenti arasında əldə olunan razılaşmadan sonra ötən ilin sonunda iki ay müddətinə ezam olunmuş 40 nəfərdən ibarət ilk missiyanın davamı olaraq göndərilib.

"Birinci missiyanın sonunadək Azərbaycan Avropa İttifaqı ilə sülh danışıqlarını davam etdirdi. Bununla belə, xüsusilə, Ermənistanın tərəfini açıq-aşkar tutan, beləliklə də Minsk qrupu nəzdində arbitr rolundan imtina edən Fransanın təzyiqi ilə Avropa İttifaqı münaqişənin həllində öz neytrallığını açıq şəkildə nümayiş etdirmədi", - deyə fransız jurnalist əlavə edib.

"Avropa missiyasının göndərilməsi xəbəri elan olunduğu həmin gün Fransa prezidenti Fransadakı Erməni Təşkilatları Koordinasiya Şuralarının Milli Qərərgahının həmsədrləri Murad Papazyan və Ara Toranyanı Yelisey sarayında qəbul edib. Hazırda "Les nouvelles d'Arménie" saytının direktoru olan Ara Toranyan Fransada bir çox hücumların, xüsusən də 1983-cü ildə Orli hava limanında törədilmiş sui-qəsdin təşkilatçısı olmuş ASALA təşkilatının tərəfdarı olan MNA hərəkatının 80-ci illərdə sözçüsü idi. Fransada millətçi Daşnak partiyasının liderlərindən biri olan Papaziana gəlincə isə o, hətta Ermənistanda təhlükəli fəal kimi qiymətləndirilir və Ermənistana girişinə qadağa qoyulub.

'Les nouvelles d'Arménie' saytında dərc olunmuş bir məqalədə bildirilib ki, görüş xüsusilə ermənilərə qarşı yönəldiyi iddia edilən 'etnik təmizləmə təhlükəsi'nə yönəlib. Ümid edək ki, bu, həqiqətən də görüşün mahiyyətini əks etdirmir, əks halda, belə bir sual yarana bilər ki, Fransa və Aİ regiondakı reallıqları yaxşı dərk ediblərmi və bu da göndərilmiş növbəti missiyanın uğur gətirməsini heç də vəd etmir", - deyə Brən yekun olaraq vurğulayıb.

Milli.Az