Daha 2 avtomobil Laçın yolundan keçdi - FOTO

24 Yanvar 2023 17:30

Rusiya sülhməramlılarına məxsus 2 yük avtomobili yenidən Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobillərin Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

Xatırladaq ki, bundan öncə aksiya ərazisindən BQXK-ya məxsus 6 maşın keçmişdi.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.

Milli.Az