Əfv Məsələləri Komissiyasının iclası keçirilib

24 Yanvar 2023 19:01

19:01

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın son iclası yanvarın 17-də keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb.

Ümumilikdə, 2 iclası ərzində əfvlə bağlı 200-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar verilib.

--------

16:00

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Xatırladaq ki, Komissiyanın ötən iki iclasında 200-dən artıq müraciətə baxılmışdı.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Milli.Az