"Miss Aura Of Azerbaijan - 2023" müsabiqəsinin finalı keçiriləcək

24 Yanvar 2023 17:18

Yanvar ayının 25-də, saat 19:00 "Badamdar Estates" oteldə "Miss Aura Of Azerbaijan - 2023" milli gözəllik müsabiqəsinin final mərasimi keçiriləcək. 

Milli.Az bildirir ki, final mərasimində 300-ə yaxın qonağın iştirak edəcəyi gözlənilir. Münsif kürsüsündə təşkilati komitənin nümayəndələri, layihənin rəsmi portnyorları, keçmiş müsabiqələrin qalibləri və bir çox tanınmış simalar yer alacaq. Namizədlərin qiymətləndirilməsi zamanı onların tək xarici görünüşləri deyil, şəxsi keyfiyyətləri də nəzərə alınacaq. 

Məlumat üçün bildirək ki, qalib model "Miss Aura İnternational"ın təşkil etdiyi yarışmaya qatılacaq. Yarışmada 50 ölkədən olan modellər iştirak edir. "Miss Aura İnternational"ın rəhbəri Adnan Şəkərdir.

Qeyd edək ki, yarışma "City Events Group"un təşkilatçılığı ilə həyata keçirilir. "Miss Aura of Azerbaijan-2023" gözəllik müsabiqəsinin Milli direktorları Xəyal Abdullayev və Tural Hüseyndir. 

İnformasiya dəstəyi  Trend.Az, Milli.Az, Day.Az, Azernews.Az-a məxsusdur.