Türkiyədə hərbi maşın aşıb, 2 nəfər həlak olub

24 Yanvar 2023 15:57

Türkiyənin Ağrı şəhərində hərbi maşın aşıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 hərbçi həlak olub.

Məlumata görə, yolların buz bağlaması səbəbindən sürücü idarəetməni itirib və qəza baş verib.

Qəzaya düşən hərbçilər patrul xidməti yerinə yetirirmiş.

Milli.Az