Kişilərə uzun müddət oturmaq çox zərərlidir – Uroloq

24 Yanvar 2023 21:35

Uzun müddət oturmaq, oturaq iş və həyat kişi cinsiyyət və sidik sisteminə öldürücü təsir edir.

Bakupost.az xəbər verir ki, uroloq Artur Boqatırev kişi sağlamlığı üçün zərərli faktorları açıqlayıb.

"Çox oturaq iş, uzun müddət sükan arxasında olmaq, prostat vəzdə iltihabi proseslər yaradır, varikoz genişlənmə, varikosel, xayada damar probleminə səbəb olur.
Çox oturan kişilərdə qan və limfa durğunluğu olur, bu zaman xaya və vəz oksigen aclığı keçirir, nəticədə yerli immunitet düşür.
Nəticədə prostatit inkişaf edir.

Eləcə də oturaq həyat tərzi əsas kişi hormonu olan testosteronun düşmənidir.

Divan, kreslo, maşında çox əyləşdikdə qasıq nahiyə isinir, xaya hissədə temperaturun daim yüksək olması testosteron səviyyəsini salır.

Bunun qarşısını almaq üçün kişilər işdən sonra piyada gəzməli, 1 saat oturduqdan sonra yerindən qalxmalı, idman etməli, gəzişməlidir.

Xüsusən sürücü və ofis işçiləri çox oturmaqdan çəkinməlidir".

Milli.Az