Azərbaycanda əhalinin banklara 20 milyard manat kredit borcu var

24 Yanvar 2023 14:51

Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyard manat kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi isə təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, 2021-ci illə müqayisədəə 2022-ci ildə bu rəqəm təxminən 18% azalıb.

Komitə sədri bildirib ki, bu, beynəlxalq praktikada qəbul olunacaq bir haldır.

T.Mirkişili qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir. O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb.

Milli.Az