Avropa Azərbaycan Məktəbi 20 Yanvar tarixində Yeniavaz.com və Oxu.az saytlarında dərc olunan məqalələri təkzib edir

24 Yanvar 2023 14:00

Avropa Azərbaycan Məktəbi 20 Yanvar tarixində Yeniavaz.com və Oxu.az saytlarında dərc olunan məqalələri təkzib edir.

https://oxu.az/society/686533

Avropa Azərbaycan Məktəbi 20 Yanvar tarixində məktəblə bağlı dərc olunan məqaləyə cavab olaraq aşağıdakı bəyanatı verir:

Məktəb adıçəkilən müəllimin xidmətindən istifadə etməməyə razılıq verib. Ona işləmək icazəsinin verilməməsi xəbəri həqiqəti əks etdirmir. İnternetdə yerləşdirilən məlumatların düzgünlüyü dərc olunmamışdan əvvəl qarşı tərəflə dəqiqləşdirilməli idi.

Məktəb tərəfindən şagirdlərin və ailələrinin məmnun olduğu, həmçinin məktəbin tələblərinə cavab verən əməkdaşlar əhatəsində yüksək keyfiyyətli öyrənmə və öyrətmə mühiti yaradılır.