Rəssamlar bir uzun kağız parçası üzərində sərbəst mövzuda əsərlər yaratdılar - FOTO

24 Yanvar 2023 13:14

Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi (İWS Azerbaijan ) və  Xətai Sənət Mərkəzinin nəzdində yerləşən Xətai Akvarel Qalereyasının təşkilatçılığı Azerbaijan Akvarel Cəmiyyətinin üzvü olan bir sıra rəssamların akvarel vorkşopu baş tutdu.

Tədbirdə 17 suluboyaçı rəssam və 2 uşaq iştirak etdi. Rəssamlar bir uzun kağız parçası üzərində sərbəst mövzuda əsərlər yaratdılar. Tədbir akvarel və onun gələcəyi haqda müzakirələrlə davam etdi.

Tədbir sertifikatların təqdim olunması və rəsmlər çəkilmiş uzun kağız parçası ilə həmrəylik  şəkili çəkdirməklə başa çatdı. Tədbir birlik, bərabərlik, səmimiyyət və ünsiyyətə xidmət edən bir hadisə kimi yadda qaldı.

Tədbirin əsas məqsədi akvarel rəssamlarını bir araya gətirmək, yaradıcılıq təcrübələrini bölüşmək və bu janra olan ictimai marağı artırmaqdan ibarətdir.

Nəzərinizə çatdıraq ki, vorkşop Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil edilmişdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az