İranda polislərə hücum edildi, 2 ölü

24 Yanvar 2023 14:18

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində naməlum şəxslər polis əməkdaşlarına hücum edib.

Milli.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 polis həlak olub, daha 1-i isə yaralanıb. 

Hücum edən şəxslər hadisə yerindən qaçıb.

Milli.Az