Açıq məkanda reklam yerləşdirilməsinə icazə üçün sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər

24 Yanvar 2023 10:49

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazələrin alınması üçün Dövlət Reklam Agentliyinin (ADRA) regional reklam idarələri ilə yanaşı, "Bakı KOB evi"nə də müraciət edə bilərlər. Bu xidmətin təşkili məqsədilə Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşən KOB evlərində Dövlət Reklam Agentliyinin xidmət masaları fəaliyyət göstərir.

Sahibkarlar bu xidmət masalarına yaxınlaşmaqla açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi, bununla bağlı informasiya və lazımi sənədlər barədə məlumat ala, eləcə də hazır sənədi götürə bilərlər.

Milli.Az