Teleaparıcı mükafatlandırma mərasimində təsadüfən özünü YANDIRDI - VİDEO

24 Yanvar 2023 15:24

Belçikanın "Ketnet"  televiziya kanalının uşaq tədbirlərinin təşkilinə görə mükafatlandırma mərasimi gözlənilməz populyarlıq qazanıb.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, veriliş aparıcının "alovlanması"  ilə qeydə alınan epizod sayəsində məşhurlaşıb.

Rejissorun ideyasına görə, Maurin Vanerbergen nominasiyada qalibin adı yazılmış şarda alov qurğusu ilə atəş açmalı idi. Qadın nişan alıb, ancaq topu yox, öz çiynini yandırıb.

Məlum olub ki, o, təhlükəli cihazı yanlış tərəfdə tutub. Xoşbəxtlikdən həmkarları tez reaksiya veriblər və alovun söndürülməsinə kömək ediblər. Belçikalı teleaparıcının paltarı və saçı zədələnib.

Maurin özü heç də təəccüblənməyib və aparıcılığına davam edib. Tamaşaçıların və tərəfdaşının təəccübünə görə, o, yenidən alov qurğusunu götürməkdən qorxmayıb. Aparıcı ehtiyatla şoumenə eynək taxmağı tövsiyə edib. İkinci cəhd isə uğurlu alınıb.

İnternet istifadəçiləri güman edirlər ki, Maurin diqqətsizlik üzündən səhv etməyib, sadəcə olaraq bütün bunlar səhnələşdirilib.

Milli.Az