Xankəndidən Laçın istiqamətinə BQXK-nın 6 minik avtomobili keçib - FOTO

24 Yanvar 2023 09:24

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Milli.Az xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə BQXK-ın 6 minik avtomobili keçib.

Avtomibillərin içində erməni millətinindən olan yerli şəxslər keçib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Milli.Az