"Valideynlərim də bu xəstəlikdən vəfat edib" - Mətanət

24 Yanvar 2023 13:01

"Hamımız pisik, özümüzü yaxşı hiss edə bilmərik. Tünzalənin o ağrılardan canı qurtardı".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib. Ötən gün dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva haqda danışan aparıcı valideynlərinin də həmin xəstəlikdən vəfat etidiyini bildirib: 

"Onun nə acılar, ağrılar çəkdiyini çox yaxşı anlayırdım. Çünki valideynlərimin hər ikisi xərçəngdən dünyasını dəyişib. Nəyin necə olduğunu çox gözəl bilirəm".

Milli.Az