Pike yeni sevgilisinə də xəyanət edib?

24 Yanvar 2023 21:00

Jerar Pike yeni xəyanətdə şübhəli bilinir.

İddiaya görə "Barselona"nın keçmiş futbolçusu yeni sevgilisi Klara Çia Martiyə də sadiq qalmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçunun barselonalı vəkil Culia Puç ilə birlikdə gördüyü bildirilir.

Şayiələrə görə, onların münasibəti iki və ya üç ildir ki davam edir. Vəkilin yaxınları bu məlumatı şərh etməkdən imtina ediblər. Pike özü də Culia ilə əlaqəsi ilə bağlı məlumatlara heç bir reaksiya verməyib.

Qeyd edək ki, bundan öncə Pike uzun ilər birlikdə yaşadığı və iki oğlunun anası olan müğənni Şakiraya xəyanət edərək münasibətlərinin sona çatmasına baiskar olub.

Milli.Az