Jurnalistin qətlində şübhəli bilinən sayca 8-ci adam saxlanılıb

24 Yanvar 2023 08:32

Niderland polisi 2021-ci ilin iyulunda tanınmış jurnalist Pieter de Vriesin qətlində əli olmaqda şübhəli bilinən daha bir şəxsi saxlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderland prokurorluğu məlumat yayıb.

Bu, iş üzrə saxlanılan 8-ci şəxsdir. Onun şəxsiyyəti açıqlanmır, lakin onun Niderland vətəndaşı olduğu bildirilir.

De Vriyə sui-qəsd 6 iyul 2021-ci ildə Amsterdamda baş verib. Şahidlər iddia edirlər ki, ümumilikdə ona azı beş atəş açılıb, biri başına dəyib.

Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan jurnalist bir neçə gün sonra orada dünyasını dəyişib.

Milli.Az