İstanbulda kilsədə yanğın baş verib

24 Yanvar 2023 08:08

İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili yardım maşınları və polis göndərilib.

Kilsədə olan 2 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az