ABŞ və İsrail Aralıq dənizində hərbi təlimlərə başladı

24 Yanvar 2023 08:43

ABŞ və İsrail strateji bombardmançı və beşinci nəsil döyüş təyyarələri, döyüş gəmiləri və HİMARS raket sistemlərinin iştirakı ilə böyük birgə təlimə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Mərkəzi Komandanlığı bildirib.

Qeyd edilib ki, İsraildə və Aralıq dənizinin şərqində keçirilən hərbi təlimə 140 təyyarə və helikopter, 12 gəmi, çoxsaylı buraxılış raket sistemləri cəlb olunub.

Milli.Az