Ukraynada qadağa: Xaricdə dincələ bilməzlər!

24 Yanvar 2023 08:33

Ukraynada dövlət qulluqçularının, deputatların məzuniyyət və dövlət işləri ilə əlaqədar olmayan digər məqsədlər üçün xaricə getmələri qadağan edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, bununla bağlı Milli Müdafiə Şurasının prinsipial qərarının olduğunu bildirib:

"İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Rəsmilər bundan sonra məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səyahət edə bilməyəcəklər", - dövlət başçısı vurğulayıb.

Milli.Az