Niderland millisində yeni baş məşqçi

24 Yanvar 2023 08:30

Ronald Kuman Niderland millisinin baş məşqçisi postuna qayıdıb.

59 yaşlı mütəxəssis Lui van Qalı əvəz edərək Kral Futbol İttifaqı ilə müqavilə imzalayıb.

Kuman "Barselona"ya getməzdən əvvəl 2018-2020-ci illərdə ölkəsinin seçmə komandasını çalışdırıb.

Qeyd edək ki, Kumanın millidə van Qalı əvəzləyəcəyi faktı hələ ötən ilin aprelində məlum olub.

Milli.Az