Əlcəzairdə helikopter qəzası - Biri polkovnik olmaqla, üç hərbçi öldü

24 Yanvar 2023 07:55

Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində​ orduya məxsus Mi-171 helikopteri qəzaya uğrayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəza nəticəsində biri polkovnik olmaqla üç hərbçi həlak olub.

Əlcəzair Milli Müdafiə Nazirliyinin məlumatına görə, helikopter planlı təlim uçuşu həyata keçirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az