Tovuzda 59 yaşlı kişini maşın vurub öldürdü

24 Yanvar 2023 07:15

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Qovlar şəhər ərazisində qeydə alınıb.

Belə ki, qarşı tərəfə keçmək istəyən 59 yaşlı Zülfüqar Məmmədovu "VAZ" markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az