Mədət Quliyevə ağır itki

24 Yanvar 2023 07:05

Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevə ağır itki üz verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazirin anası Zambaq xanım axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Zambaq Quliyeva uzun müddət Gəncədə yerləşən M.P.Vaqif adına 8 saylı tam orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi çalışıb.

Milli.Az