Şoyqu Qərb və Cənub hərbi dairələrinə yeni komandan təyin edib

23 Yanvar 2023 23:39

Rusiya müdafiə naziri Sergey Şoyqu iki hərbi dairənin komandanını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, general-polkovnik Sergey Kuzovlyev Cənub Hərbi Dairəsinə komandan təyin edilib.

Sergey Kuzovlyevin komandanlıq etdiyi Qərb Hərbi Dairəsinə general-leytenant Yevgeni Nikiforov komandan təyin olunub.

Milli.Az