ABŞ İrana qarşı sanksiyaların siyahısını genişləndirir

23 Yanvar 2023 22:38

ABŞ hakimiyyəti İrana qarşı sanksiyaların siyahısını genişləndirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

İranın kəşfiyyat nazirinin müavini, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun dörd nümayəndəsi də daxil olmaqla, on nəfər sanksiyalara məruz qalıb.

Milli.Az