Rusiya XİN “Qurani-Kərim”in yandırılmasını pisləyir

23 Yanvar 2023 22:24

Moskva Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyir və radikallara qarşı tədbir görməyə çağırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dini etiqad azadlığı hüququna əməl olunması sahəsində əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Gennadi Askaldoviçin bəyanatında deyilir.

"Biz bu cür cinayət əməllərini pisləyir və rədd edirik. Radikallara qarşı tədbir görülməsinə çağırırıq", - deyə bəyanatda qeyd olunub.

Askaldoviç dinlərarası nifrətin qızışdırılmasında və dindarların təhqir olunmasından narahatlığını ifadə edib.

Milli.Az