Keçmiş rektorun qardaşına vəzifə verildi

23 Yanvar 2023 21:56

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni təyinat olub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, Əhməd Qulu oğlu Məlikov ADAU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır. Telman Məlikov 2000-2013-cü illərdə Texnologiya Universitetinin rektoru işləyib.

Milli.Az