Çinlə müharibə başlayandan bir həftə sonra ABŞ... - VSJ

23 Yanvar 2023 21:49

ABŞ hərbi sənayesi Çinə qarşı uzun miqyaslı müharibəyə hazır deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Voll Strit Jurnal"ı məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ II Dünya müharibəsindən sonra ən böyük Avropa müharibəsində Ukraynaya əhəmiyyətli yardım edib:

"Bununla belə, uzanan münaqişə göstərdi ki, müdafiə şirkətlərinin arsenallarını tez bir zamanda artırmaq istəməməsi səbəbindən ABŞ-da mövcud silah ehtiyatlarının kritik dərəcədə azalmasının "strateji təhlükəsi" var".

Yüksək rütbəli ABŞ hərbçilərinin və rəsmilərin fikrincə, Çinlə potensial münaqişə yaranarsa, ABŞ ordusunun döyüş sursatı bir həftə ərzində tükənəcək.

Milli.Az