İsveçdən sonra Hollandiyada Quranı cırıb yandırdılar

23 Yanvar 2023 21:14

İsveçdə İslamın müqəddəs kitabı Qurani-Kərimin yandırılması qalmaqalından sonra daha bir hadisə yaşanıb.

Milli.Az bildirir ki, Hollandiyada İslam əleyhdarı, "Pegia" qrupunun lideri Edvin Vagensveld Quranı əvvəl ayaqlayıb, daha sonra bir-bir vərəqlərini cıraraq yandırmağa başlayıb.

Hadisə zamanı təhlükəsizlik tədbirləri alan polisin baş verənlərə müdaxilə etməməsi bütün dünyada təəssüf hissi yaradıb.

Görüntülərdə "Pegia" qrupunun lideri Quranı yırtdıqdan sonra qazana qoyaraq yandırmağa başlayır. Ən təsirlisi ətrafdakıların ona müdaxilə etməməsi olub.

Vagensveld bu etirazların bitmədiyini və davam edəcəyini xüsusi vurğulayıb. /qaziler.az 

Milli.Az