Ərdoğan seçkilərin 14 may tarixində keçirilməsinin səbəbini açıqladı

23 Yanvar 2023 19:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin 14 may tarixində keçirilməsinin səbəbini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib ki, Türkiyədə seçkilər üçün normal tarix 18 iyundur.

Lakin həmin tarix Qurban bayramı ilə üst-üstə düşür.

O qeyd edib ki, elə buna görə də ən uyğun tarix 14 maydır.

Milli.Az