Azərbaycanda gənc idman müəllimi müəmmalı şəkildə öldü - FOTO

23 Yanvar 2023 17:30

Salyanda idman müəllimi evdə ölü tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kürkənd kəndindəki evlərdən birində baş verib.

32 yaşlı kinq-boksinq üzrə idman müəllimi Alışov Fərid Xalid oğlunun meyiti evdə tapılıb.

Fərid Alışovun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az