5 mərtəbəli bina çökdü, 16 nəfər öldü - VİDEO

23 Yanvar 2023 20:49

Suriyanın Hələb şəhərində 5 mərtəbəli binanın uçması nəticəsində biri uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.

Milli.Az xəbər verir ki, səlahiyyətlilər binanın, təməlinə su sızması səbəbindən çökdüyünü iddia edib.

Bildirilib ki, hadisə yerinə gələn xilasetmə qrupları əvvəlcə dağıntılar altından biri uşaq olmaqla 11 nəfərin cansız cəsədlərini tapıb. Sonrakı saatlarda ölənlərin sayı 16-ya yüksəlib. (publika)

Milli.Az