Vurduğu möhtəşəm qolları göstərdilər, Messi belə reaksiya verdi - VİDEO

25 Yanvar 2023 21:30

Argentinanın "FOX Sports" kanalı Lionel Messi üçün xüsusi proqram hazırlayıb.

Milli.Az xəbər verir ki, futbol əfsanəsi studiyaya qonaq dəvət edilib və ona vurduğu ən yaxşı qollar izlədilib. Bunun səbəbi isə Messinin həmin anlara reaksiyasını və münasibətini öyrənmək olub.

Əlbətt ki, Messinin vurduğu bütün qollara baxmaq, onu araşdırmaq çox vaxt alacaqdı. Tamaşaçıların da istəyi ilə öncə Leonun şedevrinə - İspaniya kubokunun 2006/2007 mövsümünün yarımfinalında "Xetafe"yə vurduğu baxımlı qola münasibəti öyrənilib:

"Mən bu qolu vurduqdan sonra nə olacağını təsəvvür edə bilməzdim. Dieqo Maradonanın əfsanəvi keçidi ilə müqayisələrin olacağını da gözləmirdim".

Leo 8 mart 2011-ci ildə Çempionlar Liqasının oyunu çərçivəsində "Arsenal"a da baxımlı qol vurub. Londonluların qolkiperi Manuel Almunia onun endirdiyi ilk zərbəyə reaksiya verməyə macal tapsa da, argentinalının ikinci cəhdi uğurlu alınıb. O, bu epizodu təhlil edərkən Andreas İnyestanın məhsuldar ötürməsinin daha vacib olduğunu bildirib.

Daha sonra Messiyə elə həmin il "Real"la görüşdə vurduğu solo qol izlədilib. Forvard həmin epizodda qarşısına çıxan Serxio Ramosu, karyerası ərzində qarşılaşdığı ən ağır çəkili futbolçu adlandırıb. Aparıcının "top Ramosa toxunub və avtoqol sayıla bilərdi" zarafatına, Leo eyni formada cavab verib: "Bu, Serxionun deyil, mənim istəyimdir". 

Qeyd edək ki, "Qızıl top" mükafatının 7 qat qalibi olan Messi "Barselona", PSJ və Argentina milli komandasındakı 20 illik çıxışı ərzində 1005 oyun keçirib və 794 qol vurub. (publika)

Milli.Az