NATO-nun bu ölkədə təlimləri başladı

23 Yanvar 2023 21:27

NATO-nun Rumıniyada hərbi təlimləri başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin məqsədi NATO-nun cənub-şərq cinahında həyata keçirdiyi Kollektiv Müdafiə əməliyyatı çərçivəsində döyüş qrupunun şəxsi heyətinin çevik hərəkət döyüş tapşırıqlarını yerinə yetirmək bacarığını inkişaf etdirməkdir.

Qeyd edək ki, təlimlər yanvarın 27-nə kimi davam edəcək.

Milli.Az