Bakıda məşhur ifaçıların iştirakı ilə Vaxtanq Kikabidzenin xatirə gecəsi keçiriləcək

23 Yanvar 2023 15:29

Fevralın 1-də saat 19: 00-da  Georgian Point gürcü restoranında tanınmış müğənni və bəstəkar, Gürcüstanın Xalq Artisti Vaxtanq Kikabidzenin xatirə gecəsi keçiriləcək.

Qonaqlara Vaxtanq Kikabidzenin hitlərindən ibarət konsert proqramı təqdim olunacaq. Çıxış edirlər - Qasım Xəlilov, Məryəm Şabanova, Xəyyam Mustafazadə, Hava Dolev, Ceyhun Bakinskiy, Ülker Quliyeva, Cəlal Abbasov, Arslan Növrəsli və başqaları.

Ünvan: Restoran Georgian Point (Hüseyn Cavid prospekti 92, Elmlər Akademiyasi metrosu və Hüseyn Cavid Parkının yaxınlığında).

Əlavə məlumat: 0517007075, 0552099495.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az