Evdən yarım kiloqrama yaxın marixuana aşkarlanıb - VİDEO

23 Yanvar 2023 17:20

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Elxan Şixzadayev və Elşad Camalovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

Milli.Az