Putin yenidən prezidentliyə namizəd olacaq?

23 Yanvar 2023 14:24

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin növbəti seçkilərdə iştirakının mümkünlüyü barədə danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Peskov Putinin bu mövzuda heç bir açıqlama vermədiyini, onun işini adi qrafiklə davam etdirdiyini bildirib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək.

Milli.Az